Axtar:
Qeyd: Axtarmaq istədiyiniz sözü və ya onun hər hansı bir hissəsini yazıb axtarış edin.
E-Mail:
Şifrə:
Qeydiyyat - Şifrəni unutmusan?
 

Ümumi tələbələr: 2
Qeydiyyatlı tələbələr: 0
Qonaqlar: 2
 

 

 

 
Beynəlxalq fəaliyyət
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan əsas Ali Təhsil müəssisələrinin Beynəlxalq Əlaqələr qurumlarının əsas fəaliyyət istiqamətləri haqqında təlimat 2001-ci 27 mart tarixində 257 saylı əmrlə təsdiqlənmişdir.Müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun artması,dünya ölkələriilə elmi,mədəni və iqtisadi əməkdaşlığının genişlənməsi,beynəlxalq təşkilatlarda aktiv iştirakı və Beynəlxalq Konvensiyalara qoşulmaqla öz üzərinə müəyyən öhdəliklər götürməsi də təhsil sistemini bu fəaliyyət dairəsinə daxil olmasını günün tələbinə çevirmişdir.Azərbaycanda təhsil sahəsində həyata keçirilən İslahatlar Proqramının həyata keçirilməsi işində ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinə mühüm yer verilir.Belə bir şəraitdə beynəlxalq əlaqələr üzrə urumların üzərinə böyük məsuliyyət düşür.
Sumqayit Dövlət Universitetinin (SDU) rektoru prof. N.F.Qəhrəmanov fəaliyyətə başladığı hələ ilk illərdən təhsilin dinamik inkişafı üçün gərgin əməyi,uğurlu addımları ilə universitet həyatında bir çox dəyişikliklərə imza atdı.09.06.2001-ci ildə 188/06 saylı əmrə əsasən universitetimizdə Rəmziyyə Əli qızı Zülfüqarovun rəhbərliyi altında Beynəlxalq Əlaqələr Şöbəsi fəaliyyətə başlamışdır.
SDU-nun Beynəlxalq Əlaqələr Şöbəsi öz fəaliyyətini uğurla davam etdirir.Bu illər ərzində Tümen Neft və Qaz Universiteti,Ukraynanın İvanovo-Frankovsk Dövlət Texniki Universiteti,Belorus Dövlət Texniki Universitet,İsveçin Kral Texnologiya İstitutu,Böyük Britaniyanın arvik Universiteti,Ukrayna Xalq Akademiyası,Rusaiya Federasiyası Həştərxan Universiteti,İran İslam Respublikası Tehran Uiversitei,Türkiyə Cumhuriyyəti Aksaray Universiteti,Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti,Hollandiyanın Heerlen Zuyd Tətbiqi Elmlər Univesiteti ilə elmi-təhsil sahələrində qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalanmışdır.6-7 dekabr 2007-ci ildə Ekologiya və həyat fəaliyyətinin mühafizəsi adlı Beynəlxalq Elmi konfrans keçirilmişdir.2002-2005-ci illərdə SDU,ATU,ADNA,MPİ,KTEAM və HTEAM ilə birgə beynəlxalq TEMPUS layihəsi çərçivəsində UP-YEP-23264-2002 (AZB) “Azərbaycanda mühəndis hazırlığının modernləşdirilməsi” adlı ıayihənin iştirakçısı olmuşdur.BƏŞ 2009-cu il,mayın 27-si TEMPUS layihəsi üzrə universitetimizə 3 günlük seminara gələn Varşava Texnoloji Universitetinin nümayəndələrinin qəbulu,seminarın təşkili və qonaqların şəhərimizin tarixi və görməli yerlərinə gəzintisində iştirak etmişdir.Bu layihədə 4 universitet-Almaniyanın Köln Elm Tətbiqi Universiteti,Polşada Varşava Texnoloji Universiteti,Azərbaycan Dölət Neft Akademiyası və Sumqayıt Dövlət Universiteti iştirak edir.Məqsəd kimya fakültəsində enerji menecmenti ixtisası üzrə Avropa standartlarına uyğun yeni magistr ixtisasının tətbi edilməsidir.

BƏŞ-də aşağıdakı əməkdaşlar çalışır:
Əhmədova Ruhiyyə-müdir
Cəmilzadə Şəhla-baş metodist
Kamilova Samirə-metodist
Kərimova Samirə-metodist
İbadova Mətanət-mütəxəssis
Beynəlxalq Əlaqələr Şöbəsi universitetə qəbul olan əccnəbi tələbələrin sənədlərinin qəbulu, qeydiyyata alınması,vizaları açılması,tələbələrin milli şəxsiyyət vəsiqəsi ilə təmin olunmasıın təşkili ilə məşğul olmuşdur.Universitetin ictimai həyatında əcnəbi tələbələrin aktiv iştirakı,Tələbə Gənclər Təşkilatının təşkil etdiyi tədbirlərə cəlb olunmasında BƏŞ iştirak etmişdir.Hər il tələbələr tarixi yerlərə aparılır,Bakı və Bakı ətrafı yerlərdə olurlar,bələdçilər tərəfindən ətraflı və dəyərli məlumatlar alırlar.
SDU müxtəlif fakültələrə,müxtəlif ixisaslar üzrə xarici tələbələrin təhsil almağa dəvət edir.Universitetimizdə təhsil almaq istəyən əcnəbi tələbələrin kontingenti ildən-ilə artır.Bu isə o deməkdir ki,SDU-nun beynəlxalq əlaqələri genişlənir.
www.SDU.az - Beynəlxalq fəaliyyət
 
 
 
 
 
 
 
 
 
www.SDU.az - Bütün hüquqları qorunur.