1.1. Elmi-tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi.
Sumqayıt Dövlət Universitetində 2008-cı təqvim ilində 9 elmi istiqamət üzrə 46 mövzunu əhatə edən elmi-tədqiqat işləri planlaşdırılmış və yerinə yetirilmişdir.
1.1.1. «Mexanikavəriyaziyyat» elmi istiqaməti üzrə
Bu istiqamət üzrə 6 mövzu işlənmişdir:
1. İstilik kütlə mübadiləli iki fazlı sistem dinamikasının riyazi modelləri və neft-qazıma borularına təsir edən qüvvələrin qiymətləndirilməsi.
İcraçı: «Mexanika» kafedrası.
Elmi rəhbər: tex.e.d., prof. R.Ş. İsmayılov.
2. Sonlu diskret sistemlərin modelləşdirimə, optimallaşdırma və sistem dinamikası və paylanmış parametrli sistemlər üçün optimal idarəetmə məsələsi.
İcraçı: «Diferensial tənliklər və optimallaşdırma üsulları» kafedrası.
Elmi rəhbər: f-r.e.d., prof. F.G. Feyziyev.
3. Özlüelastik mühitlərdə termodinamik dalğaların yayılması məsələlərinin araşdırılması.
İcraçı: «Ümumi riyaziyyat» kafedrası.
Elmi rəhbər: f.r.e.n., dos. N.T. Qurbanov
4. Riyazi analizin tətbiqi məsələləri.
İcraçı: «Riyazi analiz və funksiyalar nəzəriyyəsi» kafedrası.
Elmi rəhbər: f.r.e.n., dos. P.F. Qəhrəmanov
5. Diskret sistemlərin riyazi modelləşdirilməsi və idarə olunması
İcraçı: «İnformatika» kafedrası.
Elmi rəhbər: tex.e.n., dos. V.A. Mustafayev
6. Fasiləsiz təhsil sistemində dərsin və dərsdən kənar tədbirlərin səmərəliliyinin artırılması yollarının araşdırılması.
İcraçı: “Fizika və riyaziyyatın tədrisi metodikası” kafedrası.
Elmi rəhbər: f.r.e.n., dos. S.X.Xəlilov
1.1.2. «Fizika» elmi istiqaməti üzrə
Bu istiqamət üzrə 4 mövzu işlənmişdir:
1. Qidalandırıcı xəlitə tətbiq etməklə ərintidən monokristal yetişdirilməsi, AIIIBVI və tipli yarımkeçiricilərin fiziki xassələrinin tədqiqi.
İcraçı: «Ümumi fizika» kafedrası.
Elmi rəhbər: f.r.e.d., prof. N.F. Qəhrəmanov
2. Mikroelektronikada tətbiq oluna bilən yeni yarımkeçirici birləşmələrin alınması və onların fiziki xassələrinin tətbiqi.
İcraçı: «Bərk cisim elektronikası» kafedrası .
Elmi rəhbər: f.r.e.d., prof. Y.Y. Hüseynov
3. TlInTe2 – TlTbTe2 sisteminin bərk məhlullarının tablamanın yükdaşınma xüsusiyyətlərinə təsiri.
İcraçı: «Yarımkeçiricilər fizikası» kafedrası.
Elmi rəhbər: f.r.e.d., prof. M.M. Zərbəliyev
4. Mürəkkəb yarımkeçirici birləşmə və bərk məhlulların fundamental fiziki xassələrinin tədqiqi və onlar əsasında funksional element və qurğuların yaradılması
İcraçı: «Yarımkeçiricilər və dielektriklər fizikası» ETL-sı
Elmi rəhbər: f.r.e.d., prof. M.M. Zərbəliyev
1.1.3. «Kimya və kimya –texnologiyası» elmi istiqaməti üzrə
Bu istiqamət üzrə 5 mövzu işlənmişdir:
1. Silisiumtərkibli üzvi turşuların efirlərinin sintezi, kimyəvi xassələrinin və tətbiq sahələrinin tədqiqi.
İcraçı: «Üzvi və Fiziki kimya» kafedrası.
Elmi rəhbər: k.e.n., dos. M.M. Mustafayev
2. Təbii fosfatların intensivləşdirici komponentlərin iştirakı ilə sulfat turşusunda parçalanması prosesinin nəzəri əsaslarının işlənməsi.
İcraçı: «Ümumi və qeyri-üzvi kimya» kafedrası.
Elmi rəhbər: k.e.n., dos. R.F. Qəhrəmanov
3. Alkil və alkenniftenolların katalitik alınma üsullarının işlənməsi və onların əsasında xüsusi təyinatlı məhsulların sintezi və tətbiqi.
İcraçı: «Neft kimyası» kafedrası.
Elmi rəhbər: k.e.d., prof. Ə.Ə. Ağayev
4. Molibden və volframın bəzi azobirləşmələrlə əmələ gətirdiyi kompleks birləşmələrin spektrofotometrik tədqiqi, onların təyini metodikasının işlənməsi və bu metodların təyini üçün mürəkkəb obyektlərdə tədqiqi.
İcraçı: «Analitik kimya» kafedrası
Elmi rəhbər: k.e.n., dos. H.O. Eminov
5. Klassik təlim üsullarının təkmilləşdirilməsi
İcraçı: «Kimya və biologiyanın tədrisi metodikası» kafedrası
Elmi rəhbər: k.e.n. A.B. Əskərov
1.1.4. «Biologiya və ekologiya» elmi istiqaməti üzrə
Bu istiqamət üzrə 5 mövzu işlənmişdir:
1. İstehsalat proseslərindən alınan turş qaların tədqiqi
İcraçı: «Ekologiya və təbiətdən istifadə» kafedrası.
Elmi rəhbər: tex.e.n., dos. D.B. Şirinova.
2. Ətraf mühit amillərinin bitkilərin və heyvanların biomüxtəlifliyinə təsirinin fizioloji və biokimyəvi tədqiqi.
İcraçı: «Eksperimental biologiya” və “Ümumi biologiya və təbiətşunaslığın əsasları” kafedrası.
Elmi rəhbər: b.e.n., dos. R.İ. Bəşirov.
3. Sumqayıt regionu üzrə sənaye müəssisələrindən ətraf mühitə ( atmosferə, hidrosferə və litosferə) atılan zəhərli qaz, su və bərk tullantılarının tədqiqi və analizi.
İcraçı: «Ətraf mühitin monitorinqi» ETL-sı
Elmi rəhbər: k.e.n., dos. C.V. Məmmədov
4. Üzvi mənşəli tullantıların utilizasiya üsullarının tədqiqi
İcraçı: «Sənaye ekologiyası» ETL-sı
Elmi rəhbər: t.e.n. Ə.Ç. Mehrəliyev
5. Sumqayıt şəhərinin təbii şəraitinin və iqtisadi-sosial vəziyyətinin tədqiqi.
İcraçı: “Ümumi cografiya” kafedrası
Elmi rəhbər: c.e.n.,dos.T.D.Ağayev
1.1.5. «Yeni informasiya texnologiyaları və onların tətbiqi» elmi istiqaməti üzrə
Bu istiqamət üzrə 3 mövzu işlənmişdir:
1. Avtomatlaşdırılmış layihələndirmə, konstruksiyaetmə və modelləşdirmə alətlərinin işlənməsinin nəzəri və praktiki məsələləri (davamı)
İcraçı: «ALS və proqramlaşdırma» kafedrası.
Elmi rəhbər: tex.e.d., prof. M.A. Əhmədov.
2. İnformasiya sistemlərinin və elementlərinin tədqiqi və işlənməsi.
İcraçı: «İnformasiya və kompüter texnikası» kafedrası.
Elmi rəhbər: tex.e.d., prof. N.M. Kazımov.
3. İstehsal proseslərinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması.
İcraçı: «Texniki kibernetika» kafedrası.
Elmi rəhbər: tex.e.d., prof. Ələkbərov F.H
1.1.6. «Energetikanın müasir poblemləri» elmi istiqaməti üzrə
Bu istiqamət üzrə 4 mövzu işlənmişdir:
1. Metallurgiya, maşınqayırma, cihazqayırma və neft-kimya sənayesində elektrik intiqallarının və avtomatlaşdırılmış texnoloji komplekslərin elektromaqnit element və qurğularının yaradılması, tədqiqi və texniki diaqnostikasının işlənməsi.
İcraçı: «Elektromexanika» kafedrası.
Elmi rəhbər: tex.e.d., AMEA-nın müxbir üzvü F.İ. Məmmədov.
2. Üçfazlı elektromaqnit tipli qurğularda maqnit qeyri-simmetrikliyi və çox əməliyyatlı dəzgahlarda istifadə olunan çeviricilərin iş rejimlərinin tədqiqi.
İcraçı: «Elektroenergetikanın problemləri» ETL-sı
Elmi rəhbər: tex.e.d., AMEA-nın müxbir üzvü F.İ. Məmmədov
3. Neft, kimya, metallurgiya, maşınqayırma, cihazqayırma sahələrinin avtomatik idarəetmə sistemləri, robotexniki kompleksləri və cevik avtomatlaşdırılmış sistemləri üçün generator və parametrik ölçü və məsafə vericilərinin işlçənməsi və tədqiqi.
İcraçı: «Elektrotexnika» kafedrası.
Elmi rəhbər: tex.e.n., dos. T.Ə. Əhmədova
4. Elektrik təchizat sistemlərinin etibarlı iş rejimini təmin edən tənzimləyici qurgu və komplekslərinin işlənməsi.
İcraçı: «Enerji təchizatı» kafedrası.
Elmi rəhbər: tex.e.n., dos. Z.A.Quliyev
1.1.7. «İqtisadiyyat» elmi istiqaməti üzrə
Bu istiqamət üzrə 5 mövzu işlənmişdir:
1.Müəssisənin əmək resurslarından istifadə edilməsi istiqamətləri.
İcraçı: «Biznesin təşkili və idarə edilməsi» kafedrası.
Elmi rəhbər: i.e.n., dos. Q.S.Hüseynov.
2. Milli iqtisadiyyatda təhlükəsizliyin təmin edilməsinin əsas istiqamətləri.
İcraçı: «İqtisadi nəzəriyyə» kafedrası.
Elmi rəhbər: i.e.n., dos. S.M. Mikayılova
3. Müəssisələrin xarici iqtisadi əlaqələri və marketinq fəaliyyətinin qiymətləndirilməsi.
İcraçı: «Beynəlxalq iqtisadi münasibətlər və marketinq» kafedrası.
Elmi rəhbər: i.e.d., dos. M.Ö. Pənahəliyeva.
4. Maliyyə nəticələrinin auditi və auditdə maliyyə təhlilinin əsas prinsipləri
İcraçı: «Mühasibat uçotu və audit» kafedrası.
Elmi rəhbər: i.e.n., dos. T.Q.Cavadov
5. Müəssisənin iqtisadi məqsədinin reallaşdırılması.
İcraçı: «Menecment» kafedrası.
Elmi rəhbər: i.e.n., dos. A.H.Tağıyev
1.1.8. «Tarix, politologiya və sosiologiya» elmi istiqaməti üzrə
Bu istiqamət üzrə 5mövzu işlənmişdir:
1. Azərbaycan tarixinin aktual problemləri.
İcraçı: «Azərbaycan tarixi (humanitar ixtisaslar)» kafedrası.
Elmi rəhbər: tar.e.n., dos. B.İ. Məmmədli
2. AXC-nin hakimiyyəti illərində İngiltərənin Azərbaycanda neft maraqları.
İcraçı: «Ümumi tarix» kafedrası.
Elmi rəhbər: tar.e.n., dos. Ş.D. Səlimov
3. XIX əsrin 1-ci yarısında Azərbaycan tarixinin öyrənilməsi müxtəlif yazılı mənbələrdə.
İcraçı: «Azərbaycan tarixi (təbiət və texniki ixtisaslar üzrə)» kafedrası.
Elmi rəhbər: tar.e.n., dos. Ə.İ. İsayev.
4. Tarix dərslərində XVI-XVII yüzilliklərdə Azərbaycanın məktəb və maarif işinin vəziyyətinin öyrədilməsində səyyah gündəliklərindən istifadə.
Elmi rəhbər: tar.e.d., prof.A.B.Bəxşəliyev
5. Sosial fəlsəfənin bəzi məsələlərinin tədqiqi
İcraçı: «Fəlsəfə və hüquq» kafedrası.
Elmi rəhbər: f.e.d., prof. H.Ş. Sadıqov
1.1.9 «Dilşunaslıq, ədəbiyyat və pedaqogika» elmi istiqaməti üzrə
Bu istiqamət üzrə 9 mövzu işlənmişdir:
1. Qafqazın türk mənşəli toponimlərinin Krım və Bolqarıstan arealları
İcraçı: «Dilçilik» kafedrası.
Elmi rəhbər: fil.e.n., dos. A.Ə. Bayramov.
2. Qasım bəy Zakir və bəzi müasirləri.
İcraçı: «Xarici ölkələr ədəbiyyatı » kafedrası.
Elmi rəhbər: t.e.n., dos. R.Ş. Kərimov
3. Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişaf qanunauyğunluqları.
İcraçı: «Azərbaycan ədəbiyyat» kafedrası.
Elmi rəhbər: f.e.n., dos. A.İ. Məmmədov
4. Folklorşünaslıq məsələləri ( 4-cü mərhələ )
İcraçı: « Folklorsşunaslıq» ETL-sı
Elmi rəhbər: p.e.n.,dos. Ş.H. Məmmədov
5. Azərbaycan dili və ədəbiyyatın tədrisinin aktual problemləri
Elmi rəhbər: fil.e.n., dos. Y.Y.Aslanov
6. Pedaqogika və psixologiya fənlərinin tədrisində bəzi mühazirə mövzularının təkmilləşdirilməsi.
İcraçı: «Pedaqogika və psixologiya» kafedrası.
Elmi rəhbər: p.e.n., dos. T.M. Məmmədov.
7. Rusca-azərbaycanca tədris lüğəti
İcraçı: «Rus dili» kafedrası.
Elmi rəhbər: fil.e.d., dos. R.S.Məmmədov
8. İngiliscə – rusca - azərbaycanca müxtəsər frazeoloji lüğət
Almanca-rusca – azərbaycanca müxtəsər frazeoloji lüğət
İcraçı: «Xarici dillər (humanitar ixtisaslar üzrə)» kafedrası.
Elmi rəhbər: fil.e.n., dos. N.V.İsgəndərova
9. Azərbaycanca-rusca-ingiliscə biologiya (botanika) minimum lüğəti
İcraçı: «Xarici dillər (təbiət və texniki ixtisaslar üzrə)» kafedrası.
Elmi rəhbər: fil.e.n ,dos. Ş.Ə. Yunusova
1.2. Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri.
Sumqayıt Dövlət Universitetində Dövlət büdcəsindən maliyyələşdirilən beş elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Elmi-tədqiqat laboratoriyalarında 2008-cı ildə Mürəkkəb yarımkeçirici birləşmə və bərk məhlulların fundamental fiziki xassələrinin tədqiqi və onlar əsasında funksional element və qurğuların yaradılması («Yarımkeçiricilər və dielektriklər fizikası» ETL), Üzvi mənşəli tullantıların biokimyəvi utilizasiya proseslərinin tədqiqi, («Sənaye ekologiyası » ETL), Folklorşünaslıq məsələləri («Folklorşünaslıq» ETL), Sumqayıt regionu üzrə sənaye müəssisələrindən ətraf mühitə ( atmosferə, hidrosferə və litosferə) atılan zəhərli qaz, su və bərk tullantılarının tədqiqi və analizi, («Ətraf mühitin monitorinqi» ETL), Üçfazlı elektromaqnit tipli qurğularda maqnit qeyri-simmetrikliyi və çeviricilərin iş rejimlərini tədqiqi («Elektroenergetikanın problemləri») mövzuları üzrə elmi tədqiqat işləri planlaşdırılmış və yerinə yetirilmişdir.
Elmi-tədqiqat laboratoriyalarında 27 nəfər çalışır, o cümlədən 1 elmlər doktoru və 7 elmlər namizədi.
1.3. Elmi-tədqiqat işlərində alınmış mühüm nəticələr (sahələr üzrə).
Fizika-riyaziyyat və texniki elmlər
Mikroelektronikada tətbiq oluna bilən yeni yarımkeçirici birləşmələrin və bərk məhlulların alınması və onların kompleks şəkildə fiziki xassələrinin tədqiqi
Mikroelektronikada tətbiq oluna bilən yeni yarımkeçirici birləşmələr və bərk məhlullar alınmış və onların kompleks şəkildə fiziki xassələri tədqiq edilmişdir.
İcraçılar: prof., f-r.e.d. N.F.Qəhrəmanov, prof., f-r.e.d. Y.Y.Hüseynov, prof., f-r.e.d. M.M.Zərbəliyev
İstilikkütlə mübadiləli çoxkomponentli sistemlərin texnikası.
Çoxkomponentli sistemin hərəkətini ifadə edən ümumiləşmiş tənliklər sistemi və modelləşdirmə kriterləri çıxarılmışdır. İstilikkütlə mübadiləli proseslərin riyazi modelləri və hesablama üsulları təklif olunmuşdur.
İcraçı: prof., tex.e.d. R.Ş.İsmayılov
Kimya elmləri
Alkil və alkenilfenolların katalitik alınma üsullarının işlənməsi və onlar əsasında xüsusi təyinatlı məhsulların sintezi və tətbiqi
Vinilkrezol və vizelksilenolun qlisidil efirlərini müxtəlf polimerləri və birgə polimerlərin fiziki və mexaniki və litoqraqik xassələri öyrənilmiş, həmçinin polivinilfenollarin nanoklasterli metal katalizatorların sabitləşdirilməsində istifadə edilməsi təklif olunmuşdur. Naftalin sırası karbohidrogenlərin bəzi katalitik çevrilmələri tədqiq edilmiş və bu birləşmələrin xammal mənbəyi olan ağır piroliz qətranının məqsədyönlü istifadə edilməsi yolları araşdırılmışdır.
İcraçı: prof., k.e.d. Ağayev Ə.Ə.
Üzvi mənşəli tullantıların utilləşdirilməsi.
Üzvi mənşəli tullantılarda qicqirma prosesi üçün yeni konstruksiyaya malik olan bioreaktor işlənib hazırlanmışdır
İcraçı: tex.e.n. Ə.Ç.Mehrəliyev
1.4. Elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesi və istehsalatda tətbiqi.
Elmitədqiqat işlərinin səmərəliliyi.
Universitetdə aparılan elmi-tədqiqat işləri günün tələbinə cavab verən səviyyədə aparılır. Yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrindən 3-i istehsalatda, 11-i isə tədris prosesində tətbiq olunmuşdur. Tədqiqat işlərinin nəticələri professor-müəllim heyəti, aspirantlar, tədqiqatçılar, magistrantlar və tələbələr tərəfindən elmi-praktiki konfranslarda, simpoziumlarda məruzə olunmuş, tezislər və məqalələr şəklində çap olunmuşdur.
1.5. Elmi-tədqiqat işlərinin informasiya təminatı.
Universitetdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri mütəmadi olaraq Azərbaycanda, MDB ölkələrində və xaricdə nəşr olunan jurnallarda çap olunmuş, elmi konfranslarda və simpoziumlarda məruzə olunmuşdur.
2008-ci ildə nəşr olunmuş tədris-metodiki işlərin və elmi məqalələrin sayı aşağıdakı kimi olmuşdur.
Monoqrafiya – 2, dərs vəsaiti – 10, metodiki vəsaitlər – 15, elmi məqalələr – 269 (onlardan 23 elmi məqalə respublikamızdan xaricdə çıxan jurnallarda dərc olunub). Beynəlxalq və respublika miqyaslı konfrans və simpoziumlarda edilən məruzələrin sayı 156, o cümlədən respublikamızdan xaricdə olan məruzələrin sayı 20 olmuşdur.
2008-cı ildə Sumqayıt Dövlət universitetində yerinə yetirilmiş 14 elmi-tədqiqat işi AzMEA-nın Rəyasət Heyəti nəzdində fəaliyyət göstərən Dövlət Qeydiyyatı Mərkəzində qeydiyyatdan keçmişdir.
2008-ci ildə Sumqayıt Dövlət universitetində Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş “Azərbaycan şifahi xalq yaradıcılığının tədqiqi, təbliği və tədrisi” və “Sumqayıt şəhəri və Azərbaycanın şimal regionunda energetikanın inkşafı” mövzularında respublika miqyaslı, magistrantların 8-cı Respublika elmi konfransı, Universitet Tələbə Elmi Cəmiyyətinin xətti ilə konfrans və universitet daxili 3 elmi-praktiki konfrans keçirilmişdir.
1.6. İxtiraçılıq və patent-lisenziya fəaliyyəti.
Universitetdə patent-lisenziya istiqamətində mütəmadi olaraq həm elmi-tədqiqat laboratoriyalarında, həm də ayrı-ayrı kafedralarda elmi-tədqiqat işləri aparılır. 2008-ci ildə universitet üzrə 8 patent alınmış və 8 patentin alınması üçün müsbət qərar alınmışdır. Universitetdə patent-lisenziya şöbəsi fəaliyyət göstərir.
1.7. Tələbələrin elmi-tədqiqat işlərinin təşkili.
Universitetin tələbələri elmi-tədqiqat işlərinin yerinə fəal iştirak edirlər. 2008-ci ildə universitetdə Tələbə Elmi Cəmiyyətinin 4-ci konfransının keçirilməsi tələbələrə yerinə yetirdikləri elmi-tətqiqat işlərinin nəticələrini geniş auditoriya qarşısında müzakirə etməyə imkan yaratdı. 2008-ci ildə universitetin tələbələri 17 elmi məqalə dərc etmiş və 298 tələbə elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
Universitetdə Tələbə Elmi Cəmiyyəti tərəfindən əla və yaxşı qiymətlərlə oxuyan tələbələrin əksəriyyəti uyğun kafedralar tərəfindən elmi işlərə cəlb olunurlar. Tələbələrin apardıqları elmi-tədqiqat işlərinin nəticələri əsasən onların buraxılış işi kimi, sonralar isə professor və dosentlərin rəhbərliyi altında genişləndirilərək magistr dissertasiyası kimi müdafiə olunur.
Təhsil Nazirliyinin icazəsi ilə magistrantların 8-cı respublika konfransının universitetdə keçirilmişdir. Konfransda respublikanın 19 ali məktəbindən 438-dən çox magistrant müxtəlif mövzular üzrə çıxış etmişdir.
19 dekabr 2008-cı il tarixində Odlar Yurdu Universitetində ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı keçirilmişdir. Konfransda universitetimizin 7 tələbəsi iştirak etmişdir.
21 oktyabr 2008-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Ali Məktəb tələbələrinin XIII Respublika fənn olimpiadasında 24 tələbə iştirak etmişdir. Onlardan 4-ü fərqlənmişdir – 2 tələbə III yerə, və 2 tələbə həvəsləndirici mükafata layiq görülmüşdülər.
1.8. Xarici ölkələrlə elmi-texniki əməkdaşlıq.
Universitetin xarici ölkələrin təhsil və elm ocaqları ilə əlaqələri əvvəlki illərdə olduğu kimi davam etdirilir. Belə ki, Fransanın Nitse, Sorbon Universitetləri ilə, Türkiyənin İstanbul Texniki Universiteti, Bursadakı Uludağ Universiteti, Samsundakı 19 Mayıs Universiteti, Pakistanın Zakariyyə Universiteti, Səudiyyə Ərəbistanındakı Kral Fəth Universiteti, Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universiteti, Varşavanın Texniki Universiteti ilə qarşılıqlı əməkdaşlığı yüksək səviyyədə davam etdirilir.
Universitet əməkdaşları MDB məkanında Universitetlərlə olan ənənəvi əlaqələri indi də davam etdirir və təşkil olunan konfrans və simpoziumlarda iştirak edirlər.
2008-ci ildə Sumqayıt Dövlət Universiteti Avropa Birliyinin proqramlarından biri olan Tempus proqramı çərçivəsində «Enerji menecmenti» ixtisası üzrə maqistr hazırlığı» adlı y layihədə öz iştirakınıdavam etmişdir. Universitetimizin bir dosenti Varşava Texnoloji Universitetdə və iki dosenti Köln Tətbiqi Universitetdə təkminləşdirmə kurslarında iştirak etmişlər.
«Yarımkeçiricilər fizikası» kafedrasının dosenti, f.-r.e.n.Y.H.Hüseynəliyev Pakistanda elmi-pedaqoji ezamiyyətdədir.
II. Elmi Potensial
Sumqayıt Dövlət Universitetində 7 fakültə üzrə 45 kafedra və 5 dövlət büdcəli elmi-tədqiqat laboratoriyalarında 184 nəfər elmi dərəcəli alimlər çalışırlar. Bunlardan 47 nəfəri elmlər doktorları və 137 nəfəri isə elmlər namizədləridirlər. Universitetdə Azərbaycan Milli Elmlər Akademiyasının 2 nəfər həqiqi və 4 nəfər müxbir üzvü çalışır.
III. Elmi-Pedaqoji kadrların hazırlanması
Sumqayıt Dövlət Universitetində «Aspirantura və Magistratura» şöbəsi fəaliyyət göstərir. Universitetdə aspirantların sayı 15 nəfər, doktorluq dissertasiya mövzularını 5 nəfər təsdiq etmiş, dissertantların sayı isə 57 nəfər olmuşdur. 2008-cü ildə universitet üzrə aspiranturaya 6 , dissertanturaya isə 8 nəfər qəbul olunmuşdur.
Bütün aspirantların və disertantların dissertasiya mövzuları və elmi rəhbərləri haqda məlumatlar AzMEA nəzdində Əlaqələndirmə Şuralarında qeydiyyatdan keçmişdir.
2008-cı ildə universitetin 4 nəfər əməkdaşın namizədlik elmi dərəcəsi AAK tərəfindən təsdiq edilmişdir.
2008-ci ildə 8 nəfər dosent elmi adı almışdır.






