Filologiya fakültəsi 2003-cü ildə yaranıb və bugünə kimi fəaliyyət göstərir. Fakültənin dekanı filologiya elmləri namizədi, dosent, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar İttifaqının üzvü Bayramov Aslan Əhmədxan oğludur.
Respublikamızın ümumtəhsil məktəblərini, eləcə də Türkiyə Respublikasının məktəblərini «Azərbaycan dili və ədəbiyyatı» fənnini tədris edən müəllim və müxtəlif müəssisələr üçün psixoloq kadrlarla təmin edir. Fakültədə 6 elmlər doktoru 7 professor, 12 filologiya elmlər namizədi, 8 dosent, 20 baş müəllim, 21 müəllim və 22 laborant çalışır.
Filologiya fakültəsində «Filologiyanın aktual problemləri (2007), «Folklorun tədqiqi, tədrisi və təbliği» (2008) mövzularında Respublikanın elmi-praktiki konfransları keçirilmişdir. H.Cavid, M.Müşfiq, M.Cəlal, M.Araz, Z.Yaqub, Ə.Lələdağ kimi sənətkarların, «Molla Nəsrəddin» jurnalı və «Əkinçi» qəzetinin yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur. Şəhərimizin ictimai-siyasi həyatında da fakültənin əməkdaşları və tələbələr fəal iştirak edirlər.
Hal-hazırda fakültədə bakalavr pilləsində 480 tələbə, magistr pilləsində isə 60 magistrant təhsil alır.
Fakültədə 2 istiqamət üzrə kadr hazırlanır:
- Filologiya istiqaməti üzrə, Azərbaycan dili və ədəbiyyatı
- Psixologiya istiqaməti üzrə, Psixologiya
Bakalavr:
Təhsil müddəti 4 ildir (qiyabi şöbədə 5 il).
Bakalavr üzrə ixtisaslaşma:
- Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi
- Psixoloq
Göstərilən ixtisası bitirən məzunlara bakalavr dərəcəsi verilir.
Magistratura:
Təhsil müddəti 2 ildir (qiyabi şöbədə 2 il 6 ay).
Magistratura ixtisasları:
- HSM 020001 – Azərbaycan ədəbiyyatı
- HSM 040001 – Azərbaycan dili
- HSM 020007 – Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası
Fakültənin son illərdəki nəşrləri:
Son 2 ildə fakültə əməkdaşlarının 12-dən çox monoqrafiyası, dərslik və dərs vəsaitləri nəşr olunmuşdur. Bünlardan başqa professor-müəllim heyətinin 50-dən çox elmi məqalələri Respublikamızın aparıcı jürnallarında və xaricdə dərc edilmişdir. 6 nəfər müəllimin namizədlik, 2 nəfər müəllimin isə doktorluq işi uyğun kafedralarda müzakirə edilib müdafiəyə buraxılmışdır. 3 nəfər əməkdaş filologiya elmlər namizədi , 1 nəfəri isə filologiya elmlər doktoru elmi adını almışdır. Bunlardan başqa, təhsil standartlarına uyğun olan 27 proqram çap edilmişdir.
Fakültənin beynəlxalq əlaqələri:
Fakültənin Türkiyə, Rusiya və İranın ali məktəbləri və elmi mərkəzləri ilə əlaqələri vardır.
Əlaqə telefonları:
(+994 18) 644 89 11
Ünvan:
Sumqayıt şəhəri, 43-cü məhəllə SDU, I tədris korpusu, Filologiya fakültəsi, otaq 140
Filologiya fakültəsinin kafedraları:
1. Azərbaycan dili və türkologiya
2. Azərbaycan və xarici ölkələr ədəbiyyatı
3. Psixologiya və pedaqogika
4. Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası
5. Xarici dillər (humanitar elmlər üzrə)
6. Xarici dillər (texniki və təbiət elmləri üzrə)
7. Rus dili







